Yuxarı

Futzal üzrə Avropa çempionatının final mərhələsinin təqvimi açıqlanıb

Qitə birinciliyinə fevralın 13-də yekun vurulacaq

Bakı. 3 yanvar. REPORT.AZ/ Fevralın 2-də Serbiyanın paytaxtı Belqradda start götürəcək futzal üzrə Avropa çempionatının final mərhələsinin təqvimi açıqlanıb.

Azərbaycan yığması "Avro-2016"nın ilk matçında İtaliya idmançıları ilə qarşılaşacaq. Fevralın 3-nə təyin olunmuş görüş yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) başlayacaq. Həmyerlilərimiz ikinci oyunu fevralın 5-də Çexiya komandasına qarşı keçirəcəklər.

Qitə birinciliyinə fevralın 13-də yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi