Futzal üzrə Avropa çempionatı üçün rekord sayda müraciət olub

Futzal üzrə Avropa çempionatı üçün rekord sayda müraciət olub Futzal üzrə AÇ-2022-nin noyabrın 7-də atılacaq püşkünə qatılacaq ölkələrin sayı müəyyənləşib.
Futbol
1 Noyabr , 2019 13:59
Futzal üzrə Avropa çempionatı üçün rekord sayda müraciət olub

Futzal üzrə AÇ-2022-nin noyabrın 7-də atılacaq püşkünə qatılacaq ölkələrin sayı müəyyənləşib. 

Azərbaycan Futbol Federasiyasından "Report"a verilən məlumata görə, İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Bakı vaxtı ilə saat 16:30-də başlanacaq püşkatmada bu dəfə rekord sayda iştirakçı yer alacaq. 50 ölkənin milli assosiasiyası yarışa qatılmaqla bağlı müraciət edib. 

Bu komandalardan 33-ü ilkin mərhələnin oyunlarında iştirak edəcəklər. DÇ-2020-nin elit-raundunda iştirak edən 16 komanda – Azərbaycan, Belarus, Xorvatiya, Çexiya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna - qrup, AÇ-2022-yə ev sahibliyi edəcək Niderland isə final mərhələsində mübarizəyə qoşulacaq. 

İlkin mərhələnin səbətləri

Səbət-1: mini-turnirin ev sahibləri

Bosniya and Herseqovina (qrupda 1-ci pillə)
Belçika (qrupda 1-ci pillə)
Gürcüstan (qrupda 1-ci pillə)
Latviya (qrupda 1-ci pillə)
Şimali Makedoniya (qrupda 1-ci pillə)
Moldova (qrupda 1-ci pillə)
Bolqarıstan (qrupda 2-ci pillə)
Litva (qrupda 3-cü pillə)
Malta (qrupda 4-cü pillə)

Səbər-2: Hamısı qrupda 4-cü pillədə yer alacaq
Cəbəllütarıq
San Marino
Şotlandiya
Şimali İrlandiya
Avstriya

Səbət-3: Hamısı qrupda 3-cü pillədə yer alacaq
Ermənistan
Yunanıstan
Almaniya
Kipr
Uels
İstrail
Andorra
Estoniya

Səbət-4: Hamısı qrupda 2-ci pillədə yer alacaq
Turkiyə
Kosovo
Monteneqro
İngiltərə
İsveç
İsveçrə
Norveç
Danimarka

Səbət-5: hamısı qrupda 1-ci pillədə yer alacaq
Macarıstan
Polşa
Albaniya

Niderlanda aparan yol:

İlkin pley-off mərhələsinin püşkatması: 13 fevral 2020, Nyon

İlkin pley-off mərhələsinin oyunları Aprel 2020

Qrup mərhələsinin püşkatması: 14 may 2020, Nyon

Qrup mərhələsinin oyun günləri: fevral, aprel, sentyabr 2021

Pley-off oyunlarının püşkatması: sentyabr 2021, Nyon
Pley-off oyunları: Oktyabr 2021

Final mərhələsinin püşkatması: 2021

Final mərhələsinin oyunları: 19 yanvar – 6 fevral 2022, Niderland

Qeyd edək ki, AÇ-2022-nin seçmə oyunları yeni formatda keçiriləcək. İlkin mərhələdə (mini-turnir) 33 komanda 9 qrupa bölünəcək. Qruplardan 6-da 4, 3-də isə 3 iştirakçı olacaq. Gələn il yanvarın 29-dan fevralın 1-dək keçiriləcək matçlarda qaliblər qrup oyunlarına vəsiqə qazanacaq. İkinci pillənin sahibi olacaq 9 qrup ikincisi və ən yaxşı göstəriciyə malik 5 “üçüncü” pley-off oyunlarında iştirak edəcək. Pley-off oyunları ev və səfər prinsipi ilə keçiriləcək. Komandalar oktyabrın 28-də açıqlanan reytinq cədvəlinə uyğun bölünüblər. Avstriya və Şimali İrlandiya debüt edəcək. Final mərhələsində isə ilk dəfə olaraq 16 komanda iştirak edəcək. Yeniliklərdən biri də odur ki, Azərbaycan yığmasının da mübrizəyə başladığı ikinci qrup mərhələsinin oyunları ev-səfər prinsipi ilə keçiriləcək. 2021-ci ilin fevral, aprel və sentyabr aylarında komandalar hərəyə iki oyun keçirəcəklər. Bu mərhələdə hər qrupda 4 iştirakçı yer alacaq. 

Son xəbərlər

Orphus sistemi