​Futzal üzrə Avro-2016-nın final mərhələsinin püşkü oktyabrın 2-də atılacaq

​Futzal üzrə Avro-2016-nın final mərhələsinin püşkü oktyabrın 2-də atılacaq Mini futbol üzrə çempionat Serbiyada keçiriləcək
Futbol
28 Mart , 2015 08:52
​Futzal üzrə Avro-2016-nın final mərhələsinin püşkü oktyabrın 2-də atılacaq

Bakı. 28 mart. REPORT.AZ/ Mini futbol üzrə Avropa çempionatı-2016-nın final mərhələsinin püşkatma mərasimi cari ilin 2 oktyabr tarixində Belqrad şəhər ratuşasında keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə UEFA-nın məlumatında bildirilir.

Qeyd olunur ki, püşkatma zamanı Serbiya, İtaliya, İspaniya və Rusiya səpələnmiş komandalar olacaqlar. Portuqaliya, Ukrayna və Xorvatiya ikinci səbətdə yer alacaq.

Xatırladaq ki, 15-22 sentyabr tarixlərində Bosniya və Herseqovina, Macarıstan, Belarus, Azərbaycan, Çexiya, Slovakiya, Qazaxıstan və Rumıniya Avro-2016-ya yerdə qalan dörd vəsiqə uğrunda mübarizə aparacaq.

Mini futbol üzrə Avropa çempionatı 2016-cı ilin 2-13 fevral tarixlərində Serbiyada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi