Futzal üzrə AÇ-nin finalında Portuqaliya və İspaniya yığmaları qarşılaşacaq

Futzal üzrə AÇ-nin finalında Portuqaliya və İspaniya yığmaları qarşılaşacaq Sonuncu finalçı İspaniya yarımfinalda Qazaxıstanı məğlub edib
Futbol
9 Fevral , 2018 07:48
Futzal üzrə AÇ-nin finalında Portuqaliya və İspaniya yığmaları qarşılaşacaq

Bakı. 9 fevral. REPORT.AZ/ Portuqaliyadan sonra mini futbol üzrə Avropa çempionatının digər finalçısının da adına aydınlıq gəlib.

“Report” xəbər verir ki, bu, yarımfinalda Qazaxıstanı məğlub edən İspaniya millisidir.

Matçın əsas və əlavə olunmuş hissəsi 5:5 hesabı ilə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada avropalılar daha dəqiq oynayıblar və finala vəsiqəni təmin ediblər.

Son xəbərlər

Orphus sistemi