Futzal millisinin baş məşqçisi: “İrəliyə doğru daha bir addım ata bildik”

Futzal millisinin baş məşqçisi: “İrəliyə doğru daha bir addım ata bildik” "Artıq bütün fikrimizi növbəti oyuna hazırlaşmağa yönəldəcəyik”
Futbol
23 Sentyabr , 2016 08:01
Futzal millisinin baş məşqçisi: “İrəliyə doğru daha bir addım ata bildik”

Bakı. 23 sentyabr. REPORT.AZ/ “Çox maraqlı, bir qədər də, belə demək mümkünsə, qeyri-adi hesabla yekunlaşan oyun oldu. Qarşılaşmanın gedişi bir neçə dəfə dəyişdi. Həm hesab, həm də oyunun xarakteri baxımından".

"Report" AFFA-ya istinadən xəbər verir ki, bu sözləri futzal üzrə dünya çempionatının 1/8 final mərhələsində keçirilmiş Tayland – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Milton Luis Ziller Juniorun deyib.

O bildirib ki, oyun zamanı həm komandasının, həm də rəqibin üstün məqamları olub:

"Lakin ən vacibi budur ki, qələbə qazandıq və dünya çempionatında irəliyə doğru daha bir addım ata bildik. Artıq bütün fikrimizi növbəti oyuna hazırlaşmağa yönəldəcəyik”.

Son xəbərlər

Orphus sistemi