Futbolda yeni əvəzləmə qaydaları tətbiq oluna, məşqçi və klub rəsmilərinə vərəqələr verilə bilər

Futbolda yeni əvəzləmə qaydaları tətbiq oluna, məşqçi və klub rəsmilərinə vərəqələr verilə bilər Şura oyunların vaxtını bu yolla azaltmaq istəyir
Futbol
26 Oktyabr , 2018 17:59
Futbolda yeni əvəzləmə qaydaları tətbiq oluna, məşqçi və klub rəsmilərinə vərəqələr verilə bilər

Bakı. 26 oktyabr. REPORT.AZ/ Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyunların əlavə vaxtında futbolçu əvəzləmələrinin həyata keçirilməsinə qadağa qoya bilər.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, Şura oyunların vaxtını bu yolla azaltmaq istəyir. Araşdırmalara əsasən, İngiltərə Premyer Liqasında top 90 dəqiqəlik əsas vaxt ərzində, ümumilikdə, 55 dəqiqə 9 saniyə oyunda qalır. Bunun səbəblərindən biri əvəzləmələrdir. Ötən mövsüm Premyer Liqada 2599 əvəzləmə edilib ki, bunun 5 faizi və ya 129-u uzatma dəqiqələrində gerçəkləşib.

Habelə, qarşıdakı iclasda əvəzlənən oyunçunun meydanı ona ən yaxın tərəfdən tərk etməsi barədə məsələ qaldırılacaq. Habelə məşqçi, klub rəsmilərinə sarı və qırmızı vərəqələrin verilmə məsələsi qaldırılacaq.

Qeyd edək ki, daha öncə FIFA-nın iki yeni turnirin yaradılma məsələsini nəzərdən keçirdiyi açıqlanıb. 

Son xəbərlər

Orphus sistemi