Yuxarı

Futbolda 4-cü dəyişikliyə icazə veriləcək

Futbolda 4-cü dəyişikliyə icazə veriləcək

Bakı. 4 mart. REPORT.AZ/ Futbol Assosiasiyası Beynəlxalq Şurası matçların əlavə olunmuş vaxtında dördüncü dəyişikliyin edilməsinə icazə verəcək.

"Report" xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

"Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında dördüncü dəyişikliyin edilməsi məsələsinə martın16-da FİFİA-nın şurasında baxılacaq", - deyə təşkilatın mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, dördüncü dəyişiklikdən 2017-ci ildə Konfederasiyalar kubokunda, Portuqaliya ilə Çili arasında baş tutan yarımfinal matçında istifadə edilib.

Şura dünya çempionatında videotəkrar sistemini tətbiq edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi