"Yuventus"un futbolçusunun xəstələrə yardım istəyini Venesuela prezidenti qəbul etməyib

"Yuventus"un futbolçusunun xəstələrə yardım istəyini Venesuela prezidenti qəbul etməyib Braziliyalı futbolçu Venesuelaya kömək etmək istəyib
Futbol
29 Avqust , 2016 13:11
Yuventusun futbolçusunun xəstələrə yardım istəyini Venesuela prezidenti qəbul etməyib

Bakı. 29 avqust. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunda çıxış edən Dani Alveşin Venesuelaya yardım etmək istəyi boşa çıxıb. "Report"un "Eurosport"a istinadən verdiyi məlumata görə, 33 yaşlı futbolçu hepatit C virusu ilə mübarizə aparan insanlar üçün Venesuelaya dərmən preparatlatları göndərmək niyyəti ilə müraciət edib.

Lakin braziliyalı futbolçunun bu addımı ölkə başçısı Nikolas Maduro tərəfindən qəbul edilməyib.

Qeyd edək ki, bir müddət əvvəl Dani Alveş Boliviyada 300 xəstənin müalicəsini təmin edib.

Son xəbərlər

Orphus sistemi