Yuxarı

Futbolçu Emiliano Salanın meyiti vətəninə göndərilib

Bakı. 16 fevral. REPORT.AZ/ İngiltərənin "Kardiff Siti" klubunun futbolçusu, aviaqəza nəticəsində həlak olmuş Emiliano Salanın meyiti onun vətəninə - Argentinaya göndərilib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, futbolçunun cəsədi onun doğulduğu Proqreso şəhərinə çatdırılıb. Qeyd edilir ki, Emiliano Sala ilə vida mərasimi bu gün, futbolçunun ilk oynadığı "Proqreso" idman zalında keçiriləcək.

Sala yanvarın 21-də təyyarə ilə Nant şəhərindən Karfiddə uçarkən onun olduğu hava gəmisi qəzaya uğrayıb. O, yerli kluba qayıtmalı imiş.

Daha əvvəl klub prezidenti təyyarə qəzasında ölən futbolçunun transfer məbləğini ödəyəcəklərini açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi