Polislər futbolçuları meydandan zirehli maşınla çıxarıblar

Polislər futbolçuları meydandan zirehli maşınla çıxarıblar Buna səbəb Qananın "Asante Kotoko" komandasının Afrika Çempionlar Liqasında "Ulmoy"a məğlub olmasıdır
Futbol
6 Aprel , 2015 20:39
Polislər futbolçuları meydandan zirehli maşınla çıxarıblar

Bakı. 6 aprel. REPORT.AZ/ Qananın "Asante Kotoko" komandasının futbolçuları meydandan zirehli transportyorla (ZTR) çıxarılıb. 

"Report"un "TASS"a istinadən verdiyi məlumata görə, buna səbəb komandanın Afrika Çempionlar Liqasında "Ulmoy"a məğlub olmasıdır.

İki oyunda da məğlub olaraq növbəti mərhələyə vəsiqə qazana bilməyən "Asante Kotoko"nun azarkeşləri matçdan sonra insident yaradıb. Nəticədən əsəbləşən azarkeşlər futbolçularla danışmaq üçün meydana axışıblar. Polislər bunun kütləvi dava ilə nəticələnəcəyini görərək futbolçuları zirehli maşınla meydandan çıxarmağa qərar verib.

Qeyd edək ki, qarşılaşma "Ulmoy"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi