İrlandiyalı futbolçu sərxoş vəziyyətdə qəza törədib, ciddi xəsarət alıb

İrlandiyalı futbolçu sərxoş vəziyyətdə qəza törədib, ciddi xəsarət alıb İngiltərənin Derbi Kaunti komandasının futbolçuları yol qəzasına düşüb.
Futbol
26 Sentyabr , 2019 18:51
İrlandiyalı futbolçu sərxoş vəziyyətdə qəza törədib, ciddi xəsarət alıb

İngiltərənin "Derbi Kaunti" komandasının futbolçuları yol qəzasına düşüb.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, oyunçular ötən gün şam yeməyində yığıncaq keçiriblər. Bu zaman komandanın kapitanı Riçard Kio və digər iki oyunçu spirtli içki qəbul ediblər.

Tədbirdən sonra onlara sürücülük xidməti təklif olunub, lakin oyunçular imtina edərək maşına miniblər. Nəticədə qəza baş verib və Riçard Kio ciddi zədə alıb. Digər iki futbolçu isə saxlanılıb.

Xəsarət alan 33 yaşlı irlandiyalı müdafiəçi bu mövsümun sonuna kimi sıradan çıxıb. "Derbi Kaunti" hadisə ilə bağlı araşdırma aparacağını bildirib.

Qeyd edək ki, Riçard Kio İrlandiya millisinin də üzvüdür.

Son xəbərlər

Orphus sistemi