Futbolçu Reynaldo Azərbaycan millisində oynama şanslarını dəyərləndirib

Futbolçu Reynaldo Azərbaycan millisində oynama şanslarını dəyərləndirib "Formamı bərpa etdikdən sonra şans yaranarsa, təklifdən məmnun olaram"
Futbol
3 Oktyabr , 2016 07:05
Futbolçu Reynaldo Azərbaycan millisində oynama şanslarını dəyərləndirib

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Reynaldo Silva Azərbaycan milli komandasında çıxış etmə şanslarını dəyərləndirib.

"Report"un məlumatına görə, braziliyalı hücumçu hazırda əvvəlki formasını bərpa etmək üzərində çalışdığını bildirib.

O, Azərbaycanda gördüyü münasibətdən razılıq ifadə edib:

"Azərbaycanda hamı mənə qarşı olduqca yaxşı davranır. Bu ölkədə yaşamağı xoşlayıram. Amma mənim üçün ilkin hədəf daha çox məşqlə əvvəlki formamı bərpa etməkdən, daha sonra oyunlarda özümü yaxşı tərəfdən göstərməkdən ibarətdir. Bunlardan sonra belə bir şans yaranarsa, təklifdən məmnun olaram. Nəyə görə də Azərbaycan xalqını sevindirəcək oyun göstərməyim?".

Qeyd edək ki, FİFA qaydalarına əsasən, əcnəbi oyunçu başqa ölkənin yığmasında oynamaq üçün həmin ölkədə azı 5 il yaşamalıdır. Reynaldo "Qarabağ"a 2013-cü ilin fevralında transfer olunub.

Son xəbərlər

Orphus sistemi