Futbolçu qol vurduqdan sonra tablodakı rəqəmi əli ilə dəyişdirib - VİDEO

Futbolçu qol vurduqdan sonra tablodakı rəqəmi əli ilə dəyişdirib - VİDEO Bakı. 6 mart. REPORT.AZ/ Qvatemalada Deportivo Karça və Deportivo Cokotan komandaları arasında keçirilmiş futbol matçında maraqlı hadisə baş verib.
Futbol
6 Mart , 2019 20:20
Futbolçu qol vurduqdan sonra tablodakı rəqəmi əli ilə dəyişdirib - VİDEO

Bakı. 6 mart. REPORT.AZ/ Qvatemalada "Deportivo Karça" və "Deportivo Cokotan" komandaları arasında keçirilmiş futbol matçında maraqlı hadisə baş verib.

"Report" xəbər verir ki, "Deportivo Karça"nın futbolçusu Luis Akunya qol sevincini qeyri-adi şəkildə qeyd edib.

Argentinalı yarımmüdafiəçi 80-ci dəqiqədə penalti zərbəsindən fərqləndikdən sonra tablodakı hesabı şəxsən özü dəyişib. Hətta bu hərəkətinə görə oyunçuya xəbərdarlıq da edilib.

Qeyd edək ki, Luis Akunyanın qolu komandasına qələbə qazandırıb.

Son xəbərlər

Orphus sistemi