​Rus futbolçu oynayan məşqçi kimi çalışacaq

​Rus futbolçu oynayan məşqçi kimi çalışacaq "Başa düşürəm ki, bu əlavə məsuliyyətdir"
Futbol
4 Aprel , 2015 14:39
​Rus futbolçu oynayan məşqçi kimi çalışacaq

Bakı. 4 aprel. REPORT.AZ/ Rusiyanın "Amkar" klubunun futbolçusu Dmitri Belorukov oynayan məşqçi kimi fəaliyyət göstərəcək. "Report"un məlumatına görə, bu barədə futbolçunun özü açıqlama verib.

Onun sözlərinə görə, komandada hansı işi görməyin fərqi yoxdur. "Əsas odur ki, komanda üçün hər şey yaxşı olsun. Mənim komandada hansı işi görməyimin əhəmiyyəti yoxdur, çünki mən kapitanam. Başa düşürəm ki, bu əlavə məsuliyyətdir. Ancaq çalışacam ki, baş məşqçinin ümidlərini doğruldum", - deyə, 32 yaşlı müdafiəçi baş məşqçinin yeni qərarı ilə bağlı bildirib.

Qeyd edək ki, Dmitri Belorukov 2005-ci ildən Perm təmsilçisinin heyətində çıxış edir. 

Son xəbərlər

Orphus sistemi