​Futbolçu hotelin pəncərəsindən yıxılıb

​Futbolçu hotelin pəncərəsindən yıxılıb Hadisə kompüterlə oyun oynayan zaman baş verib
Futbol
3 Aprel , 2015 09:58
​Futbolçu hotelin pəncərəsindən yıxılıb

Bakı. 3 aprel. REPORT.AZ/ Argentina yığmasının gənclərdən ibarət komandasının futbolçusu Tomas Koneçni qaldığı hotelin yerdən 3 metr yüksək olan pəncərəsindən yıxılıb. "Report"un məlumatına görə, hadisə gənc oyunçunun dostu ilə kompüterdə "FİFA 2015" oynayan zaman müvazinətini itirməsi nəticəsində baş verib.

17 yaşlı futbolçunun fiziki cəhətdən sağlam olması onun daha ağır zədə almasına mane olub. Onun ayağının əzildiyi və bəzi yerlərdə çıxıqların olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi