Yuxarı
    Bağlamaq

    Futbolçu Muntari İtaliya çempionatının oyunu zamanı irqçi şüarlara görə meydanı tərk edib

    İnsident Kalyari – Peskara matçında baş verib

    Bakı. 1 may. REPORT.AZ/ "Peskara" klubunun qanalı yarımmüdafiəçisi Salli Muntari futbol üzrə İtaliya çempionatının 34-cü turu çərçivəsində "Kalyari" ilə keçirilən matç zamanı azarkeşlərin irqçi şüarlar səsləndirməsi səbəbindən meydanı tərk edib.

    "Report" BBC-yə istinadən xəbər verir ki, futbolçu görüşün 89-cu dəqiqəsində tribunalardan səsləndirilən irqçi şüarlara görə hakimə şikayət edərək matçın dayandırılmasını xahiş edib.

    Hakim isə cavabında 32 yaşlı Muntariyə sarı kart göstərib. O, məhz bundan sonra etiraz əlaməti olaraq stadionu tərk edib.

    "Kalyari" - "Peskara" oyunu 1:0 hesabı ilə başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi