Yuxarı

Futbolçu Misirin Səudiyyə Ərəbistanına uduzmasına dözməyərək ölüb

Futbolçu Misirin Səudiyyə Ərəbistanına uduzmasına dözməyərək ölüb
Əbdülrəhim Məhəmməd ürək tutmasından dünyasını dəyişib

Moskva. 25 iyun. REPORT.AZ/ Misirin "Zamalek" klubunun keçmiş futbolçusu və kapitanı Əbdülrəhim Məhəmməd DÇ-2018-in qrup mərhələsinin son turunda keçirilən Misir-Səudiyyə Ərəbistanı matçına baxan zaman vəfat edib.

"Report"un Rusiya bürosu xəbər verir ki, bunu misirli jurnalist oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, futbolçu səudiyyəlilərin Misirin qapısına vurduğu ikinci qoldan sonra ürək tutmasından keçinib.

Misirlilərin baş məşqçisi Ektor Kuper ötənlərin məşhur futbolçusunun vəfatı ilə bağlı başsağlığı verib.

Misir komandası hesab 1:1 olarkən 90+4-cü dəqiqədə qapısında ikinci qolu görüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi