Yuxarı

Serbiyalı futbolçu komendant saatında küçəyə çıxdığı üçün həbs olundu

Futbolçu komendant saatında küçəyə çıxdığı üçün həbs olundu

442

Aleksandar Priyoviç

Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunda çıxış edən futbolçu Aleksandar Priyoviç həbs olunub.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, buna 30 yaşlı hücumçunun ölkəsi Serbiyadakı komendant saatı qaydalarını pozması səbəb olub.

Forvard yerli vaxtla 17:00-da Belqraddakı otellərdən birindəki restoranda beş nəfərlə içki qəbul edib. Qaydanı pozan bütün şəxslər saxlanılaraq prokurorluğa çağırılıb.

Qeyd edək ki, Serbiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün müxtəlif saatlarda küçəyə çıxmağı qadağan edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi