Yuxarı

​Meydanda telefonla danışan futbolçu komandadan qovulub

İlk dəfə olaraq futbolçunun meydançada telefonla danışması hadisəsi baş verib

Bakı. 23 yanvar. REPORT.AZ/ Ukraynanın III liqasında mübarizə aparan "Enerjiya Nova" klubunun futbolçusu Vladimir Kozlenko komandadan qovulub. "Report"un məlumatına görə, buna səbəb Kiyevdə hazırlıq turniri çərçivəsində "Olimpik Donetsk"lə keçirilən oyun zamanı futbolçunun meydançada telefonla danışması olub.

Telefonuna gələn zəngə cavab verən Kozlenko və lazım olan intizamı yarada bilməyən hakimlər hazırlıq turnirindən kənarlaşdırılıb. Artıq klub rəhbərliyi 35 yaşlı futbolçu ilə müqaviləyə xitam verib.

Qeyd edək ki, bugünədək futbolçunun meydançada telefonla danışması halı baş verməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi