Yuxarı

İngiltərə klubunun futbolçusu hərbi xidmətdən yayındığı üçün həbs oluna bilər

Bakı. 19 fevral. REPORT.AZ/ İngiltərənin "Fulhem" klubunun futbolçusu Ben Devis 3 il müddətinə həbs oluna bilər.

"Report" BBC-ə istinadən xəbər verir ki, buna səbəb London təmsilçisinin U-18 komandasında çıxış edən oyunçunun vətəni Sinqapurda hərbi xidmətdən yayınmasıdır. B.Devis ölkəsində hərbi xidmətinin təxirə salınmasını istəsə də, rədd cavabı alıb. Bildirilir ki, həbs cəzası 10 min dollar cərimə ilə də əvəzlənə bilər. Bundan əlavə, Sinqapur Müdafiə Nazirliyinin nümayəndəsi oyunçunun ölkədən kənarda qalma icazəsi olmadan İngiltərədə yaşadığını iddia edir.

Sinqapur qanunlarına görə, 2018-ci il noyabrın 24-də 18 yaşı olan oyunçu hərbi xidmətə yollanmalı idi. Sinqapurdan olan hər bir kişi ölkənin ordu, polis və mülki müdafiə sahəsində xidmət etməlidir.

Qeyd edək ki, Ben Devis ötən ilin yayında "Fulhem"lə müqavilə imzalayıb. O, ölkəsinin İngiltərədə çıxış edən ilk futbolçusu olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi