Futbolçu Burak Yılmaz 11 ildən sonra "Beşiktaş"a qayıdıb

Futbolçu Burak Yılmaz 11 ildən sonra "Beşiktaş"a qayıdıb Bakı. 2 yanvar. REPORT.AZ/ Türkiyə milli komandasının futbolçusu Burak Yılmaz 11 ildən sonra Beşiktaşa qayıdıb.
Futbol
2 Yanvar , 2019 23:53
Futbolçu Burak Yılmaz 11 ildən sonra Beşiktaşa qayıdıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Türkiyə milli komandasının futbolçusu Burak Yılmaz 11 ildən sonra "Beşiktaş"a qayıdıb.

"Report"un "NTV Spor"a istinadən verdiyi məlumata görə, 34 yaşlı hücumçu ilə 2,5 illik müqavilə bağlanılıb.

Yılmaz ilk dəfə "ağ-qaralar"a 2006-cı ildə "Antalyaspor"dan keçib. Lakin o, 2008-ci ilin yanvarında Filip Holoşkonun transferi qarşılığında "Manisaspor"a göndərilib. Sonradan Türkiyənin daha 3 nəhəng klubu - "Fənərbağça", "Qalatasaray" və iki dəfə "Trabzonspor"un formasını geyinmiş təcrübəli forvard Çinin "Beytszin Qoan" klubunda legioner həyatı da yaşayıb. O, son 1,5 ildə Trabzonda çıxış edib.

Türkiyə millisinə də dəvət alan Yılmaz 51 oyuna 23 qol vurub.

Son xəbərlər

Orphus sistemi