Yuxarı

​Futbolçu 26 yaşında xərçəngdən dünyasını dəyişib

Umar Sillaya bu diaqnoz ötən ilin yayında qoyulub

Bakı. 28 yanvar. REPORT.AZ/ Lüksemburqun "Düdelanj" klubunun futbolçusu Umar Silla qara ciyər xərçəngindən dünyasını dəyişib. "Report"un UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, 26 yaşlı yarımmüdafiəçiyə bu diaqnoz ötən ilin yayında qoyulub.

Həmin vaxt seneqallı oyunçu çəkisinin durmadan azalması şikayəti ilə məşqçilər heyətinə şikayət edib. O, son anadək Fransanın Paris və Nansi şəhərlərində kimya terapiyası kursu keçib.

Qeyd edək ki, Umar Silla "Düdelanj"a 2013-cü il yarıpeşəkar Fransa klubundan keçib. O, debüt mövsümündəcə komandaya Lüksemburq çempionluğu qazandırıb. Bu mövsüm isə Silla Çempionlar Liqasının II təsnifat mərhələsində "Lüdoqorets"ə qarşı hər iki matçda forma geyinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi