Futbol üzrə Azərbaycan millisi San-Marino yığması üzərində qələbə qazanıb - VİDEO

Futbol üzrə Azərbaycan millisi San-Marino yığması üzərində qələbə qazanıb - VİDEO Milli komanda tarixində 2-ci dəfə seçmə tsiklə qələbə ilə başlayıb
Futbol
4 Sentyabr , 2016 21:52
Futbol üzrə Azərbaycan millisi San-Marino yığması üzərində qələbə qazanıb - VİDEO

San Marino. 4 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində ilk oyununu keçirib. "Report"un məlumatına görə, milli komandanın rəqibi San Marino yığması olub.

San-Marinoda yerləşən Olimpiya Stadionunda keçirilən matça Robert Prosineçkinin rəhbərlik etdiyi komanda üstün başlayıb. İlk dəqiqələrdən hücuma atılan milli bir neçə təhlükəli qol epizodları yaratsa da, bundan yararlana bilməyib. Azərbaycan millisi istəyinə matçın 45-ci dəqiqəsində çatıb. Ruslan Qurbanov meydan sahiblərini məyus etməyi bacarıb - 1:0. Qolun ardından ilk hissə başa çatıb.

İkinci hissədə də millinin aktivliyi açıq-aşkar görünüb. İkinci hissənin ilk dəqiqələrində təzyiqi artıran qonaqlara qarşı kobud oyun San-Marinonun futbolçusu Kristian Brolli 52-ci dəqiqə qırmızı vərəqə alaraq meydandan qovulub. Bundan sonra azlıqda qalan meydan sahiblərinin tək-tük hücumlarının sayı daha da azalıb. 

Milliyə toplanışa dəvət olunmuş Ramil Şeydayev və Emin Mahmudov da ilk dəfə debüt edib. Şeydayev Ağabala Ramazanovu, Mahmudov isə Dmitri Nazarovu əvəzləyib.
Bununla milli komanda tarixində ikinci dəfə seçmə tsiklə qələbə ilə başlayıb. İlk qələbə DÇ-2010-un seçmə tsiklində Lixtenşteynlə oyunda qələbə qeydə alınıb - 2:0. Oyun zamanı tribunaların boş qalması da diqqətdən qaçmayıb. 90 dəqiqə ərzində azsaylı Azərbaycan azarkeşlərinin səsi isə meydan sahiblərinin tərəfdarlarından daha güclü idi.

Сан-Марино - Азербайджан 0:1. Обзор матча. Квалификация ЧМ-2018. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Son xəbərlər

Orphus sistemi