Xorvatiya millisinin baş məşqçisi: "Azərbaycanla oyunda vacib 2 xal itirdik"

Xorvatiya millisinin baş məşqçisi: "Azərbaycanla oyunda vacib 2 xal itirdik" Futbol üzrə Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç AVRO-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan yığması ilə keçirdikləri oyunu xatırlayıb.
Futbol
29 Yanvar , 2020 14:14
Xorvatiya millisinin baş məşqçisi: Azərbaycanla oyunda vacib 2 xal itirdik

Futbol üzrə Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç AVRO-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan yığması ilə keçirdikləri oyunu xatırlayıb.

"Report"un məlumatına görə, FİFA-nın rəsmi saytına danışan 53 yaşlı xorvatiyalı mütəxəssis Bakıda çox vacib iki xal itirdiklərini bildirib.

"Tez-tez deyirəm ki, birlik qrupun ən vacib keyfiyyətidir və bu, təsnifat mərhələlərində özünü bir daha göstərdi. Bizim AVRO-2020-nin seçmə mərhələsində bir neçə uğursuz nəticəmiz var idi. Məsələn, Macarıstanda uduzduq və Bakıda isə Azərbaycan millisi ilə oyunda vacib 2 xal itirdik. Ancaq reaksiya hər zaman fantatik idi. Budapeştdəki məğlubiyyətdən sonra Uelslə görüşdə qələbə qazandıq və Slovakiyanı 4 cavabsız qolla məğlub edərək parlaq oyun keçirdik. Kapitan Luka Modriçin də həmin çətin vaxtlarda liderliyi öz üzərinə götürməsi çox önəmli idi. O, digər nisbətən yaşlı futbolçularla birgə bütün komandaya inam verirdi" - Daliç deyib.

Qeyd edək ki, seçmə mərhələnin II turunda səfərdə Macarıstana 1:2 hesabı ilə uduzan xorvatlar 4 tur sonra Bakıda Azərbaycan millisi ilə 1:1 bərabərə qalıb. Bununla belə, Daliçin rəhbərlik etdiyi komanda qrupu lider tamamlayaraq AVRO-2020-nin final mərhələsində iştirak hüququ qazanıb. 

Son xəbərlər

Orphus sistemi