Futbol üzrə Ukrayna çempionatının II Divizionunda qəribə hadisə baş verib - VİDEO

Futbol üzrə Ukrayna çempionatının II Divizionunda qəribə hadisə baş verib - VİDEO "Referinin təyin etdiyi penalti sirli şəkildə "yoxa çıxıb"
Futbol
11 Avqust , 2017 14:15
Futbol üzrə Ukrayna çempionatının II Divizionunda qəribə hadisə baş verib - VİDEO

Bakı. 11 avqust. REPORT.AZ/ Futbol üzrə Ukrayna çempionatının II Divizionunda qəribə hadisə baş verib.

“Report”un məlumatına görə, V tur çərçivəsində keçirilən “Enerqiya” - “Mir” görüşünün 82-ci dəqiqəsində baş hakim Pavel Salnikov qonaqların qapısına penalti təyin edib.

Meydan sahiblərinin kapitanı Roman Boçak 11 metrlik zərbəni dəqiq yerinə yetirib və hesabı bərabərləşdirib – 3:3. Lakin referi yan xətt hakimi ilə məsləhətləşdikdən sonra qolu saymayıb və “Mir”in lehinə sərbəst zərbə qərarı verib.

Yerli mətbuat olayı “penaltinin sirli şəkildə yoxa çıxması” adlandırıb.

Qeyd edək ki, oyun “Mir”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi