Futbol üzrə Səudiyyə Ərəbistanı yığmasının yeni baş məşqçisi müəyyənləşib

Futbol üzrə Səudiyyə Ərəbistanı yığmasının yeni baş məşqçisi müəyyənləşib Komanda çilili mütəxəssisə tapşırılıb
Futbol
28 Noyabr , 2017 14:12
Futbol üzrə Səudiyyə Ərəbistanı yığmasının yeni baş məşqçisi müəyyənləşib

Bakı. 28 noyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatında iştirak edəcək Səudiyyə Ərəbistanı yığmasının yeni baş məşqçisi müəyyənləşib.

“Report” Səudiyyə Ərəbistanı Futbol Federasiyasının rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, komanda Xuan Antonio Pitsiyə tapşırılıb. 49 yaşlı çilili mütəxəssislə müqavilənin detalları barədə məlumat verilmir.

Pitsi son 3 ayda Səudiyyə Ərəbistanı yığmasının sükanı arxasına gətirilən 3-cü baş məşqçidir. O, sentyabrda komandanı mundiala çıxaran Bert va Marveykdən sonra onun həmyerisi Edqardo Bausanın yerini tutub.

Qeyd edək ki, Xuan Antonio Pitsi 2016-cı ildə Çili yığmasının baş məşqçisi kimi Amerika Kubokunu qazansa da, DÇ-2018-ə vəsiqə əldə edə bilmədiyi üçün istefa verib.

Son xəbərlər

Orphus sistemi