Futbol üzrə Peru və Kolumbiya yığma komandaları razılaşdırılmış matçda şübhəli bilinirlər - VİDEO

Futbol üzrə Peru və Kolumbiya yığma komandaları razılaşdırılmış matçda şübhəli bilinirlər - VİDEO Komandalar futbol üzrə dünya çempionatının seçmə yarışının son turunun matçında heç-heçə haqqında razılaşıblar
Futbol
12 Oktyabr , 2017 03:39
Futbol üzrə Peru və Kolumbiya yığma komandaları razılaşdırılmış matçda şübhəli bilinirlər - VİDEO

Bakı. 12 oktyabr. REPORT.AZ/ Futbol üzrə Peru və Kolumbiya yığma komandaları razılaşdırılmış matçda şübhəli bilinirlər.

“Report” “Corrieredellosport”a istinadən xəbər verir ki, Peru yığması və Kolumbiya seçməsi futbol üzrə dünya çempionatının seçmə yarışının son turunun matçı zamanı heç-heçə haqqında razılaşıblar.

Bu nəticə kolumbiyalılara mundiala birbaşa vəsiqəni, perululara isə Yeni Zelandiyaya qarşı keçid mərhələsi görüşündə iştirakı təmin edib. Perulular 5-ci pilləni tutmaqla “play-off”da Yeni Zelandiya ilə mundiala çıxmaq uğrunda mübarizə hüququ əldə ediblər.

Matçın gedişi zamanı Kolumbiya yığmasının baş məşqçisi Xose Pekerman Radamelyu Falkaoya bildirib ki, Braziliya seçməsi Çiliyə 3:0 hesabı ilə qalib gəlir, Venesuela yığması isə Paraqvayın qapısına 1 qol vurub. Falkao Peru komandasının oyunçularına yaxınlaşıb və matçı heç-heçə - 1:1 hesabı ilə qurtarmağı təklif edib.

Peru yığmasının kapitanı Paolo Herrero milli komandaya öz komanda yoldaşlarına matçı sakitcə oynayıb qurtarmağa çağırıb. Oyun beləcə heç-heçə qurtarıb.

FİFA-nın hadisənin araşdırılmasına başlayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi