Özbəkistan millisinin erməni əsilli baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb - VİDEO

Özbəkistan millisinin erməni əsilli baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb - VİDEO Samvel Babayan mətbuat konfransı otağından "ar olsun" şüarları ilə yola salınıb
Futbol
7 Sentyabr , 2017 11:07
Özbəkistan millisinin erməni əsilli baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb - VİDEO

Bakı. 7 sentyabr. REPORT.AZ/ Futbol üzrə Özbəkistan milli komandasının erməni əsilli baş məşqçisi Samvel Babayan vəzifəsindən kənarlaşdırılıb.

“Report” Özbəkistan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis və onun rəhbərlik etdiyi məşqçilər korpusu 2018-ci il dünya çempionatına vəsiqə tapşırığının öhdəsindən gələ bilmədikləri üçün istefaya göndəriliblər.

Seçmə mərhələnin yekununa əsasən, 13 xal toplayan Özbəksitan millisi 4-cü yeri tutaraq, İran, Cənubi Koreya və Suriyadan geri qalıb. Suriyalıları IV seçmə raundda Avstraliya yığması ilə duel gözləyir. Qalib komandanın “pley-off”da ABŞ millisi ilə qarşılaşmaq ehtimalı var.

Qeyd edək ki, Samvel Babayan sentyabrın 5-də Cənubi Koreya ilə seçmə qrup matçından sonra (0:0) təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıraraq, otağı tərk etmək istərkən, yerli media nümayəndələri onu "Ar olsun" şüarı ilə yola salıblar.

Son xəbərlər

Orphus sistemi