Futbol üzrə Nigeriya millisinin məşqçisi rüşvət alarkən yaxalanıb - VİDEO

Futbol üzrə Nigeriya millisinin məşqçisi rüşvət alarkən yaxalanıb - VİDEO Bakı. 25 iyul. REPORT.AZ/ Futbol üzrə Nigeriya millisinin məşqçisi Salisu Yusuf rüşvət alarkən yaxalanıb.
Futbol
25 İyul , 2018 10:49
Futbol üzrə Nigeriya millisinin məşqçisi rüşvət alarkən yaxalanıb - VİDEO
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ Futbol üzrə Nigeriya millisinin məşqçisi Salisu Yusuf rüşvət alarkən yaxalanıb.

“Report” xəbər verir ki, BBC 56 yaşlı mütəxəssisin 2017-ci ilin dekabrında Afrika Millətlər Kubokunun oyunları üçün yığmaya cəlb etməyin müqabilində 2 futbolçunun agentindən min dollar rüşvət aldığını əks etdirən görünütləri yayımlayıb.

Məşqçi isə rüşvət almadığını, pulu hədiyyə qismində götürdüyünü bildirib.

Qeyd edək ki, Yusuf 2016-cı ilin aprelindən oktyabrınadək Nigeriya yığmasının baş məşqçi vəzifəsini müvəqqəti icra edib. O, 2018-ci il dünya çempionatında millinin məşqçilər korpusunda yer alıb.

Son xəbərlər

Orphus sistemi