Futbol üzrə Latviya millisinə əcnəbi baş məşqçi təyin olunub

Futbol üzrə Latviya millisinə əcnəbi baş məşqçi təyin olunub Bakı. 1 mart. REPORT.AZ/ Futbol üzrə Latviya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
1 Mart , 2019 14:38
Futbol üzrə Latviya millisinə əcnəbi baş məşqçi təyin olunub

Bakı. 1 mart. REPORT.AZ/ Futbol üzrə Latviya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report" Latviya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma sloveniyalı Slavişa Stoyanoviçə tapşırılıb. 50 yaşlı mütəxəssislə üçillik müqavilə imzalanıb.

Qeyd edək ki, Slavişa Stoyanoviç son olaraq Bolqarıstanın "Levski" klubuna rəhbərlik edib. Latviya millisi AVRO-2020-nin seçmə mərhələsində Polşa, Avstriya, İsrail, Sloveniya və Makedoniya ilə birgə G qrupunda mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi