Yuxarı
    Bağlamaq

    Futbol üzrə İtaliya milli komandasının yeni baş məşqçisi məlum olub

    Hazırkı baş məşqçi Antonio Konte AVRO-2016-dan sonra İngiltərənin Çelsi klubuna rəhbərlik edəcək

    Bakı. 7 iyun. REPORT.AZ/ Futbol üzrə İtaliya milli komandasının AVRO-2016-dan sonra baş məşqçisi Campyero Ventura olacaq. 

    "Report"n məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio açıqlama verib. 

    Müqavilə 2 il müddətinə nəzərdə tutulub. Əvvəllər Ventura "Torino"da çalışıb. 

    Qeyd edək ki, İtaliya yığmasının hazırkı baş məşqçisi Antonio Konte AVRO-2016-dan sonra İngiltərənin "Çelsi" klubuna rəhbərlik edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi