Yuxarı

Futbol üzrə İtaliya Kubokunda ilk finalçı müəyyənləşib

​Futbol üzrə İtaliya Kubokunda ilk finalçı müəyyənləşib

Futbol üzrə İtaliya Kubokunda ilk finalçı müəyyənləşib.

"Report"un məlumatına görə, bu, "Latsio" komandasıdır. 

Paytaxt təmsilçisi yarımfinalda "Milan"ı üstələyib. İlk görüşdə öz meydanında qolsuz heç-heçə edən "Latsio" "San Siro"dakı cavab qarşılaşmasında qələbəyə nail olub - 1:0. Yeganə qolu 58-ci dəqiqədə Xoakin Korrea vurub.

Daha bir finalçı "Atalanta" - "Fiorentina" cütünün qalibi olacaq. Bu komandalar arasında Florensiyadakı ilk qarşılaşmada məhsuldar heç-heçə qeydə alınıb - 3:3. Cavab oyunu bu axşam olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi