Yuxarı

Futbol üzrə İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin püşkü atılıb

Futbol üzrə İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin püşkü atılıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Futbol üzrə İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin püşkü atılıb.

“Report” xəbər verir ki, püşkə əsasən, “Barselona” “Valensiya” ilə qarşılaşacaq. “Real Madrid”i mübarizədən kənarlaşdıran “Leqanes” isə “Sevilya”ya rəqib olub.

Qeyd edək ki, ilk oyunlar yanvarın 31-də, cavab matçları isə fevralın 7-də keçiriləcək. “Barselona” və “Leqanes” ilk görüşdə meydan sahibi olacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi