​Futbol üzrə İngiltərə millisinin baş məşqçisi istefa verib

​Futbol üzrə İngiltərə millisinin baş məşqçisi istefa verib Komanda 1/8 finalda İslandiyaya yenilərək Avro-2016-nı tərk edib
Futbol
28 İyun , 2016 02:36
​Futbol üzrə İngiltərə millisinin baş məşqçisi istefa verib

Bakı. 28 iyun. REPORT.AZ/ Futbol üzrə İngiltərə yığma komandasının baş məşqçisi Roy Hocson Fransada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində İslandiyaya məğlubiyyətdən dərhal sonra istefa verib.

"Report" xəbər verir ki, bu barədə turnirin "Twitter"dəki rəsmi bloqunda məlumat yerləşdirilib.

İngiltərə İslandiyaya 1:2 hesablı məğlubiyyətlə Avropa çempionatını tərk edib. Matç başa çatdıqdan sonra Hocson postundan getdiyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi