​Futbol üzrə I Divizionun qalibi mükafatlandırılıb

​Futbol üzrə I Divizionun qalibi mükafatlandırılıb Kuboku PFL prezidenti Ramin Musayev təqdim edib
Futbol
28 May , 2015 10:00
​Futbol üzrə I Divizionun qalibi mükafatlandırılıb

Bakı. 28 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunun qalibi "Neftçala" klubuna çempionluq kuboku və qızıl medallar təqdim olunub. 

"Report"un Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qaradağ Lökbatan"a qarşı Neftçalada keçirilən oyundan sonra mükafatlandırma mərasimi təşkil olunub. 

Medalları PFL prezidenti Ramin Musayev təqdim edib.

Eyni zamanda, I Divizionun ən sərrast oyunçusu Sabir Allahquliyevə ("Qaradağ Lökbatan", 21 qol) də xüsusi kubok verilib.

Xatırladaq ki, "Neftçala" - "Qaradağ Lökbatan" oyunu 4-5 hesabı ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi