Bakı. 19 oktyabr. REPORT.AZ/ Futbol üzrə Ermənistan yığmasına yeni baş məşqçi təyin olunub.
"Report"un məlumatına görə, bu İsveçrənin "Sürix" klubunun gənclərdən ibarət komandasının baş məşqçisi Artur Petrosyandır.
45 yaşlı baş məşqçi noyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq. O, yığmanın baş məşqçisi postunda Varuzhan Sukiasyanı əvəzləyəcək.
Qeyd edək ki, A.Petrosyan baş məşqçi karyerası ərzində yalnız "Sürix"də çalışıb. O, AVRO-2016-nın seçmə qrup mərhələsində Ermənistanın baş məşqçisi olan isveçrəli Bernar Şallandın məşqçilər korpusunda yer alıb.