​Futbol üzrə Ermənistan yığması baş məşqçisiz qalıb

​Futbol üzrə Ermənistan yığması baş məşqçisiz qalıb Şalland Albaniyaya məğlubiyyətdən sonra istefa vermək qərarına gəlib
Futbol
31 Mart , 2015 02:47
​Futbol üzrə Ermənistan yığması baş məşqçisiz qalıb

Bakı. 31 mart. REPORT.AZ/ Futbol üzrə Ermənistan yığma komandasının baş məşqçisi, isveçrəli mütəxəssis Bernar Şalland vəzifəsindən istefa verib.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının rəsmi saytında məlumat yerləşdirilib.

Baş məşqçinin istefa ərizəsi qəbul edilib.

Şalland komandanın Avropa çempionatı - 2016-nın seçmə mərhələsi çərçivəsində səfərdə Albaniya millisinə 1:2 hesablı məğlubiyyətindən sonra istefa vermək qərarına gəlib.

Qeyd edək ki, Ermənistan "İ" qrupunda 1 xal ilə sonuncu yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi