Futbol üzrə dünya klub çempionatı 2017-nin bütün iştirakçıları məlum olub

Futbol üzrə dünya klub çempionatı 2017-nin bütün iştirakçıları məlum olub Turnirə son olaraq Braziliyanın "Qremio" klubu qatılıb
Futbol
30 Noyabr , 2017 07:30
Futbol üzrə dünya klub çempionatı  2017-nin bütün iştirakçıları məlum olub

Bakı. 30 noyabr. REPORT.AZ/ Braziliyanın "Qremio" futbol klubu 6-16 dekabr tarixlərində BƏƏ-də keçiriləcək futbol üzrə dünya klub çempionatı – 2017-nin son iştirakçısı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, turnirdə "Real" (İspaniya), "Qremio" (Braziliya), "Urava Red Daymonds" (Yaponiya), "Vidad" (Mərakeş), "Paçuka" (Meksika), "Oklend Siti" (Yeni Zelandiya) və "Əl-Cazira" (BƏƏ) iştirak edəcək.

Cümə axşamına keçən gecə "Qremio" iki final qarşılaşmasının nəticəsinə görə Argentinanın "Lanus" kollektivini məğlub edərək (1:0, 1:2) Libertadores Kubku – 2017-nin qalibi olub.

Son xəbərlər

Orphus sistemi