Futbol üzrə Dünya Çempionatlarında 48 komandanın oynaması qərarı yanvarda verilə bilər

Futbol üzrə Dünya Çempionatlarında 48 komandanın oynaması qərarı yanvarda verilə bilər Qeyd edək ki, hazırki sistem üzrə Dünya Çempionatında 32 milli komanda mübarizə aparır
Futbol
14 Oktyabr , 2016 02:14
Futbol üzrə Dünya Çempionatlarında 48 komandanın oynaması qərarı yanvarda verilə bilər

Bakı. 14 oktyabr. REPORT.AZ/ FİFA prezidenti Canni İnfantino 2026-cı ildən etibarən Dünya Çempionatlarında 40 və ya 48 millinin oynaması ilə bağlı qərarın gələn ilin yanvar ayında veriləcəyini açıqlayıb.

“Report” Anadolu agentliyinə istinadən xəbər verir ki, İnfantino mətbuat nümayəndələrinə açıqlamasında Dünya Kubokunun komanda sayına İsveçrənin Sürix şəhərində təşkil olunacaq FİFA toplantısında qərar veriləcəyini bildirib.

Komanda sayının artırılmasının ümumilikdə müsbət qarşılandığını deyən FİFA prezidenti vurğulayıb ki, artıq bütün dünyada futbolun keyfiyyəti artır.

Qeyd edək ki, hazırki sistem üzrə Dünya Çempionatında 32 milli komanda mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi