Futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub

Futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub Bakı. 29 iyun. REPORT.AZ/ Futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub.
Futbol
29 İyun , 2018 00:05
Futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub
dailymail.co.uk

Bakı. 29 iyun. REPORT.AZ/ Futbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, son oyunlar G qrupunda keçirilib.

Belçika İngiltərəyə 51-ci dəqiqədə Adnan Yanuzayın qolu ilə qalib gəlib. Tunis isə Panamanı 2:1 hesabı ilə yenib. Hesabı 33-cü dəqiqədə afrikalı müdafiəçi Yassin Meryi avtoqolla açsa da, 51-ci dəqiqədə komanda yoldaşı Fəxrəddin ben Yussef onun səhvini düzəldib, 66-cı dəqiqədə isə Vəhbi Xəzri qələbə topunu vurub.

Beləliklə, Belçika yığması 9 xalla G qrupunu birinci pillədə başa vurub. İngiltərə 6 xalla ikinci olub. Hər iki komanda növbəti mərhələyə yüksəlib. Tunis 3 xalla 3-cü, xalı olmayan Panama isə sonuncu yeri tutub.

1/8 finalda görüşəcəklər:

30 iyun

49. 18:00. Kazan. Fransa — Argentina

50. 22:00. Soçi. Uruqvay — Portuqaliya

1 iyul

51. 18:00. Moskva, "Lujniki". İspaniya — Rusiya

52. 22:00. Nijni Novqorod. Xorvatiya — Danimarka

2 iyul

53. 18:00. Samara. Braziliya — Meksika

54. 22:00. Rostov-Don. Belçika - Yaponiya

3 iyul

55. 18:00. Sankt-Peterburq. İsveç — İsveçrə

56. 22:00. Moskva, "Lujniki". Kolumbiya - İngiltərə

Son xəbərlər

Orphus sistemi