Yuxarı

​Futbol üzrə DÇ-2018-in Avropa üzrə təsnifat mərhələsi 2016-cı il sentyabrın 4-də start götürəcək

UEFA-nın qərarı ilə Azərbaycan və Ermənistan ayrı qruplara düşəcək

Bakı. 17 İyun. REPORT.AZ/ Futbol üzrə Dünya Çempionatı - 2018-in Avropa yığmaları arasında keçiriləcək təsnifat mərhələsinin oyunları 2016-cı il sentyabrın 4-də start götürəcək.

"Report" xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının rəsmi saytında məlumat yerləşdirilib.

Seçmə mərhələnin qrup oyunları 2017-ci il oktyabrın 8-10-da başa çatacaq.

Play-off matçları noyabrda keçiriləcək: ilk oyunlar - 2017-ci il 9-11 noyabrda, cavab oyunları - 12-14 noyabrda.

Oyunların ilkin tarixləri aşağıdakı kimi müəyyən edilib:

1-ci tur: 2016-cı il 4-6 sentyabr; 2-ci tur: 6-8 oktyabr; 3-cü tur: 9-11 oktyabr; 4-cü tur:11-13 noyabr; 5-ci tur: 2017-ci il 24-26 mart; 6-cı tur: 9-11 iyun; 7-ci tur: 31 avqust - 2 sentyabr; 8-ci tur: 3-5 sentyabr; 9-cu tur: 5-7 oktyabr; 10-cu tur: 8-10 oktyabr.

Seçmə mərhələnin püşkü iyulun 25-də Sankt-Peterburqda atılacaq. Növbəti dəfə UEFA-nın qərarı ilə Azərbaycan və Ermənistan yığmaları püşkatma zamanı ayrılacaq və ayrı qruplara düşəcək.

Dünya çempionatının oyunları 14 iyun-15 iyul 2018-ci il tarixlərində Rusiyanın 11 şəhəri - Moskva, Sankt- Peterburq, Kazan, Nijni Novqorod, Saransk, Kalininqrad, Volqoqrad, Yekaterinburq, Samara, Soçi və Rostov-na-Donun 12 stadionunda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi