"Real Madrid" Çempionlar Liqasında növbəti yarımfinalçı olub

"Real Madrid" Çempionlar Liqasında növbəti yarımfinalçı olub Görüşün taleyi əlavə vaxtda həll olunub
Futbol
19 Aprel , 2017 01:18
Real Madrid Çempionlar Liqasında növbəti yarımfinalçı olub
Foto: Reuters

Bakı. 19 aprel. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında növbəti yarımfinalçı müəyyənləşib.

"Report"un məlumatına görə, bu, İspaniya "Real Madrid"idir.

Zinəddin Zidanın baş məşqçi olduğu komanda 1/4 finalda Almaniyanın "Bavariya" klubunu mübarizədən kənarlaşdırıb. Görüşün əsas vaxtı əsas vaxtı münhenlilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Robert Levandovskinin 53-cü dəqiqədə penaltidən, 100-cü oyununa çıxan Serxio Ramosun isə 78-ci dəqiqədə öz qapısına vurduğu qolun qarşılığında "Real Madrid" 76-cı dəqiqədə Kriştianu Ronaldu ilə sevinib. İlk görüşdə "kral klubu" eyni hesabla qalib gəldiyindən, hər hissəsi 15 dəqiqədən ibarət əlavə vaxt təyin olunub. Lakin "Bavariya" bu zaman azlıqda olub. 84-cü dəqiqədə Arturo Vidalın qırmızı vərəqə alması "ekstrataym"da sözünü deyib. 105-ci və 110-cu dəqiqələrdə Ronaldu fərqlənərək, Çempionlar Liqasındakı qollarının sayını 100-ə çatdırıb. 112-ci dəqiqədə isə Marko Asensio son nöqtəni qoyub - 4:2.

Beləliklə, ilk 2 yarımfinalçı İspaniyanın paytaxtı Madridi təmsil edən komandalar olub. "Real Madrid"dən əvvəl bu vəsiqəyə "Atletiko" sahib çıxıb. Dieqo Simeonenin baş məşqçi olduğu komanda İngiltərədə 1:0 hesabı ilə yendiyi "Lester"lə evdə heç-heçə edib - 1:1.

Çempionlar Liqası

1/4 final, cavab oyunları

18 aprel

22:45 "Real Madrid” (İspaniya) - "Bavariya” (Almaniya) - 4:2 (əsas vaxt - 1:2)

Qollar: Kriştianu Ronaldu, 76; 105; 110. Marko Asensio, 112 - Robert Levandovski, 53-penalti ilə. Serxio Ramos, 78-öz qapısına

Qırmızı vərəqə: Arturo Vidal, 84 ("Bavariya")

Baş hakim: Viktor Kaşşai (Macarıstan)

İlk oyun – 2:1

22:45 "Lester” (İngiltərə) – "Atletiko” (İspaniya) - 1:1

Qollar: Ceymi Vardi, 61 - Saul Nyiqes, 26

Baş hakim: Canluka Rokki (İtaliya)

İlk oyun – 0:1

Qeyd edək ki, daha 2 yarımfinalçı bu gün müəyyənləşəcək. İspaniyada "Barselona" İtaliya "Yuventus"una ilk görüşdəki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Fransa "Monako"su isə Almaniyada 3:2 hesabı ilə yendiyi Dortmund "Borussiya"sını qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi