Bakı. 4 avqust. REPORT.AZ/ İspaniyalı mütəxəssis Roberto Martines Futbol üzrə Belçika yığmasının baş məşqçisi postuna təyin edilib.
"Report" xəbər verir ki, bu barədə Belçika Kral Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Martines bu postda Mark Vilmotsu əvəz edib. Belçika yığması M.Vilmotsun rəhbərliyi altında dünya (2014) və Avropa çempionatlarının (2016) ¼ final mərhələsinədək irəliləyib.
Martinesin sonuncu iş yeri (2013-2016) İngiltərənin "Everton" klubu olub.