Futbol üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin edilib - ƏLAVƏ OLUNUB

Futbol üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin edilib - ƏLAVƏ OLUNUB Namizəd AFFA İcraiyyə Komitəsində müzakirə olunduqdan sonra təsdiqlənib
Futbol
3 Dekabr , 2014 13:47
Futbol üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin edilib - ƏLAVƏ OLUNUB

İlk xəbər 12:57-də dərc olunub

Bakı. 3 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisinin adı açıqlanıb. "Report"un məlumatına görə, bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov məlumat verib.

O bildirib ki, 15 gündür Azərbaycanda olan Robert Prosineçkinin namizədliyi AFFA İcraiyyə Komitəsində müzakirə olunduqdan sonra təsdiqlənib.

Robert Prosineçki ilə müqavilə 3 il müddətinə imzalanıb.

R.Prosineçkinin rəhbərlik etdiyi məşqçilər korpusunun əmək haqqı illik 1,2 milyon avro təşkil edəcək. Müqaviləyə əsasən xorvat mütəxəsis millidə  işlədiyi müddətdə əsasən Azərbaycanda yaşayacaq.

Qeyd edək ki, Robert Prosineçki noyabrın sonunda Bakıya səfər etmişdi. Xorvatiyalı mütəxəssis Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasını stadiondan canlı izləyib, həmçinin bir neçə stadionla tanış olub.

Son xəbərlər

Orphus sistemi