Azərbaycan yığması futbolçu itkisi ilə üzləşib

Azərbaycan yığması futbolçu itkisi ilə üzləşib Tuğrul Erat heyətdən çıxarılıb
Futbol
1 İyun , 2015 16:46
Azərbaycan yığması futbolçu itkisi ilə üzləşib

Bakı. 1 iyun. REPORT.AZ/ Avstriyada təlim-məşq toplanışı keçəcək futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Norveç yığması ilə oyunöncəsi hazırlıq prosesində Tuğrul Erat iştirak edə bilməyəcək.

22 yaşlı yarımmüdafiəçinin toplanışa qatılmaması onun səhhəti ilə əlaqədardır. T.Erat Almaniyanın "Fortuna Dusseldorf" klubunun şərəfini qoruyur.

Qeyd edək ki, milli komanda Avstriyaya bu gün yola düşəcək.

Son xəbərlər

Orphus sistemi