Yuxarı

​Futbol üzrə Azərbaycan yığması Ukrayna ilə qarşılaşa bilər

Bu, Moldovanın Ukrayna ilə yoldaşlıq oyunundan imtina edəcəyi təqdirdə baş verəcək

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan və Ukraynanın futbol üzrə milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının vitse-prezidenti Vladimir Laşkul milli komandanın Avropa çempionatına hazırlıqları barədə danışarkən məlumat verib.

Onun sözlərinə görə, Ukrayna çempionatının mayın 15-də başa çatacağını nəzərə alaraq, ayın 19-dan 22-nə və ya 27-dək İtaliyada komandanın bərpa və sağlamlıq toplanışı keçiriləcək. Mayın 27-dən isə iyunun 7-dək milli komanda İsveçrədə təlim-məşqə başlayacaq. Həmin bu vaxt kəsiyində komanda mayın 29-da Rumıniya, iyunun 3-də Albaniya və üç gündən sonra Moldova ilə qarşılaşmalıdır. Sonuncu ilə danışıqlar hələ ki, davam etdiyindən, imtina alınacağı təqdirdə, onun yerinə Azərbaycan millisi ilə danışıqlar aparılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi