Yuxarı
    Bağlamaq

    Azərbaycan millisi Xorvatiya ilə sülh bağlayıb - FOTO - YENİLƏNİB

    Görüşü fransalı baş hakim Ruddi Buqe idarə edir. Ona həmyerliləri Gilyom Debar, Kiril Qrinqor kömək edirlər

    Bakı. 3 sentyabr. REPORT.AZ/ Bu gün AVRO-2016-nın seçmə qrup mərhələsində Azərbaycan millisi doğma azarkeşlər önündə Xorvatiya yığması ilə qarşılaşıb. "Report"un məlumatına görə, görüş "Bakcell Arena"da baş tutub.

    İlk hissədə komandaların rəqib qapısına yol tapmaq istəyi baş tutmayıb. 45 dəqiqənin sonunda tərəflər paltardəyişmə otağına qolsuz bərabərliklə yollanıb.

    İkinci hissədə eyni ssenari ilə davam edib. 90 dəqiqənin sonunda sevinən tərəf olmayıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

    Bərabərlik sayəsində aktivinə 1 xal yazan Robert Prosineçkinin komandası xal hesabını 5-ə çatdırıb. Belə olan halda Xorvatiya 14 xalla qrup liderliyini qoruyub.

    Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu sentyabrın 6-da Malta yığmasına qarşı keçirəcək.

    *** 22.02

    Bakı. 3 sentyabr. REPORT.AZ/ Futbol üzrə 2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Azərbaycan milli komandası “Bakcell Arena”da Xorvatiya millisini qəbul edir.

    "Report" xəbər verir ki, oyununun ilk hissəsində hesab açılmayıb.

    Görüşü fransalı baş hakim Ruddi Buqe idarə edir. Ona həmyerliləri Gilyom Debar, Kiril Qrinqor kömək edirlər. Oyunun dördüncü hakimi Filipp Jandır. Oyunun UEFA nümayəndəsi belçikalı Jan-Fransis Kruk, hakim-inspektoru isə portuqaliyalı Vitor Melo Pereyradır.

    *** 21.00

    Bakı. 3 sentyabr. REPORT.AZ/ Futbol üzrə 2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Azərbaycan milli komandası “Bakcell Arena”da Xorvatiya millisini qəbul edir. 

    "Report" xəbər verir ki, milli komandamızın heyətində meydana Kamran Ağayev, Qara Qarayev, Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov, Dmitri Nazarov, Rahid Əmirquliyev, Əfran İsmayılov, Məhəmməd Qurbanov və Ruslan Qurbanov çıxıblar.

    Xorvatiya yığmasının start heyətində isə Daniel Subaşiç, Şime Vrsaylko, Vedran Çorluka, Domaqoy Vida, Daniyel Pranyiç, İvan Perisiç, İvan Rakitiç, Luka Modriç, Milan Bedel, Marko Pyaça, Mario Mancukiç yer alıblar.

    Görüşü fransalı baş hakim Ruddi Buqe idarə edir. Ona həmyerliləri Gilyom Debar, Kiril Qrinqor kömək edirlər. Oyunun dördüncü hakimi Filipp Jandır. Oyunun UEFA nümayəndəsi belçikalı Jan-Fransis Kruk, hakim-inspektoru isə portuqaliyalı Vitor Melo Pereyradır.

    Foto: İsmayıl Nur

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi