Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun oyunları keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun oyunları keçirilib Qarşılaşmaların heç birində heç-heçə qeydə alınmayıb.
Futbol
8 May , 2016 00:28
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun oyunları keçirilib

Bakı. 8 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun oyunları keçirilib. "Report"un məlumatına görə, qarşılaşmaların heç birində heç-heçə qeydə alınmayıb.

İlk 3 oyun bürünc medal uğrunda aparan "Kəpəz", "Qəbələ" və "İnter"in səfərdə böyük hesablı qələbələri ilə nəticələnib. Xüsusilə "Zirə"nin evdə darmadağın olunması gözlənilməz olub.

Sonrakı 2 matç isə meydan sahiblərinin qələbələri ilə bitib. "Qarabağ" "Sumqayıt"ı minimal hesabla məğlub edib. Premyer Liqada "Əlincə Arena"da keçirilən ilk matçda "Neftçi" Avropa Liqasına vəsiqə verən 6-cı pillə uğrunda mübarizədə rəqibi AZAL-ı yenib.

Azərbaycan Premyer Liqası, XXXIII tur

"Zirə" – "Qəbələ" - 0:3

Qol: Rafael Santos, 25. Ermin Zets, 47; 79

Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Ziya Nəsirov

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Murad Məmmədov

Bakı. Zirə İdman Kompleksinin stadionu

"Xəzər Lənkəran" – "Kəpəz" - 0:3

Qol: Kərim Diniyev, 42; Julyen Ebah, 49. Orxan Əliyev, 79

Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Coşqun Həsənov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Əhmədağa Cabbarov

"Xəzər Lənkəran" mərkəzi stadionu

"Rəvan" – "İnter" - 0:4

Qol: Abbas Hüseynov, 23. Mirsahib Abbasov, 43, 56, Nizami Hacıyev, 90

Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Elgün Adıgözəlli, Fərid Məmmədov

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Gülağa Cabarov

Bakı. "Bayıl Arena"

Son xəbərlər

Orphus sistemi