Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib İlk oyun günündə 3 matç baş tutub
Futbol
23 Aprel , 2017 19:06
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib

Bakı. 23 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə 3 matç baş tutub.

"Zirə" "Neftçi" ilə oyunda 2:2 hesablı heç-heçə etsə də, sonda qonaq komandanın legioner limitini pozması ilə əlaqədar gözlənilən texniki məğlubiyyətə sevinib. Limitin pozuntusu isə 60-cı dəqiqədə edilən əvəzləmə zamanı baş verib. Ruslan Abışovun əvəzində yerli yox, fransalı Huqo Barqas meydana daxil olub. Baş məşqçi Elxan Abdullayev səhvini 3 dəqiqə sonra anlayıb. O, çilili İqnasio Herreranı meydandan alaraq, yerinə Cavid İmamverdiyevi buraxıb. Halbuki hazırkı qaydalara əsasən, meydanda 6 legioner, 5 yerli oyunçu olmalıdır. İlk əvəzləmə vaxtı isə "Neftçi"dəki legionerlərin sayı 7-yə yüksəlib.

Turun digər görüşlərində "Kəpəz" səfərdə AZAL-ı, "Qarabağ" isə evdə "Sumqayıt"ı 2:1 hesabı ilə yenib.

Bu nəticələrdən sonra "Neftçi" Avropa Liqası ilə vidalaşıb. Texniki qələbəsi rəsmiləşsə, "Zirə" Avroliqaya faktiki vəsiqə qazanacaq. Amma "Kəpəz"in də buna nəzəri şansları qalır.

Azərbaycan Premyer Liqası

XXVII tur

23 aprel (bazar)

17:00. "Qarabağ” – "Sumqayıt” - 2:1

Qollar: Muarem Muarem, 12. Elşən Abdullayev, 82 - Amil Yunanov, 83

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Əli Hüseynov

"Azərsun Arena”

İlk üç dövrə - 2:0, 3:0, 4:0

17:00. "Zirə” – "Neftçi” - 2:2

Qollar: Təmkin Xəlilzadə, 42. Akim Latifu, 63 - İqnasio Herrera, 34. Daniel Seqoviya, 90+2

Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Xaqani Məmmədov

Zirə Olimpiya İdman Kompleksinin stadionu

İlk üç dövrə - 1:0, 2:0, 3:1

17:00. AZAL – "Kəpəz” - 1:2

Qollar: Frank Madu. 82 - Serjio Kosta, 35; 41

Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Elşən Acalov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Şaiq Həmidov

"AZAL Arena”

İlk üç dövrə - 0:0, 0:1, 1:1

Son xəbərlər

Orphus sistemi