Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib Açılış oyununda "Sumqayıt" "Neftçi"ni qəbul edib
Futbol
2 Aprel , 2017 18:35
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib

Bakı. 2 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Sumqayıt" "Neftçi"ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 60-cı dəqiqədə Bəxtiyar Həsənalızadə, 63-cü dəqiqədə isə Amil Yunanov vurub.

Bu qələbə sayəsində "Sumqayıt" xallarını 28-ə çatdıraraq, "Neftçi"ni keçib və 5-ci pilləyə yüksəlib. Flaqman isə 26 xalla 6-cı pilləyə enib.

Son xəbərlər

Orphus sistemi